Operativ Məlumat Mərkəzi

ANAMA növbəti mərhələdə Füzuli şəhərinə köçən 30 ailəyə təlim keçib

1 dəq
Paylaş:
ANAMA növbəti mərhələdə Füzuli şəhərinə köçən 30 ailəyə təlim keçib

İşğaldan azad edilən Füzuli şəhərinə növbəti mərhələdə köç edən 30 ailəyə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ANAMA-nın feysbuk hesabında paylaşım edilib.

Bildirilib ki, sakinlərə mina təhlükəsi barədə məlumatlar verilib, əsas təhlükəsizlik mesajlarını əks etdirən müxtəlif növ xəbərdaredici və maarifləndirici çap materialları paylanılıb. Habelə, təhlükəsizlik qaydalarına riayət etməyə, diqqətli və məsuliyyətli olmağa dair vətəndaşlara çağırışlar edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər