Əsas məzmuna keç

“An-2” sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib

“An-2” sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib

bu barədə Kostanay vilayətinin Fövqəladə Hallar Departamenti məlumat yayıb. "Bu gün Kostanay-Arkalık reysi ilə uçan “An-2” tibbi təyyarəsi güclü qar...

Qazaxıstanın Arkalık şəhəri yaxınlığında fırtınası şəraitində “An-2” təyyarəsi sərt edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Kostanay vilayətinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

"Bu gün Kostanay-Arkalık reysi ilə uçan “An-2” tibbi təyyarəsi güclü qar fırtınası şəraitində Arkalık şəhərindən 1,5 km məsafədə, yaxınlığında sərt eniş edib", - məlumatda qeyd olunub.

Təyyarədə iki pilot və iki həkim olub. "Xilasedicilərin və operativ fəaliyyəti sayəsində təyyarədə olan bütün şəxslər tez bir zamanda aşkar edilərək Arkalık şəhərinə çatdırılıb. Xəsarət alan yoxdur. Hadisənin təfərrüatları araşdırılır", - qurumdan bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…