Əsas məzmuna keç

Almaniyada xəstəxanada baş vermiş yanğında 4 nəfər ölüb

Almaniyada xəstəxanada baş vermiş yanğında 4 nəfər ölüb

bu barədə NDR teleradio şirkəti məlumat yayıb. Daha 22 nəfər xəsarət alıb, onlardan bir neçəsi ağır vəziyyətdə xəstəxanalara çatdırılıb. Onlar yanıq...

Almaniyanın şimalında yerləşən Ülzen şəhərində xəstəxanada yanğın olub. Hadisə nəticəsində 4 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NDR şirkəti məlumat yayıb.

Daha 22 nəfər xəsarət alıb, onlardan bir neçəsi ağır vəziyyətdə xəstəxanalara çatdırılıb. Onlar yanıq xəsarətləri alıblar və zəhərləniblər.

İnsanlar xəstəxanadan yanğın çıxışı vasitəsilə təxliyə edilib. Əməliyyata 140-a yaxın operativ xidmət əməkdaşı cəlb olunub. 50 pasiyent digər tibb müəssisələrinə yerləşdirilib.

Yanğının səbəbi barədə məlumat verilmir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #teleradio
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…