Əsas məzmuna keç

Almaniyada da fermerlər etiraz aksiyası keçirir

Almaniyada da fermerlər etiraz aksiyası keçirir

Onlarla traktorda olan fermerlər Almaniyanın Bremerhafen şəhərində yerləşən limanına girişlərdən birini bağlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “” polisə istinadən məlumat yayıb.

“Yanvarın 29-da fermerlər 30-a yaxın traktorla Bremerhafen dəniz limanına gedən yollardan birini bağlayıblar”, - qeyd edilib.

Xatırladaq ki, ötən ilin dekabrında hökuməti büdcəyə qənaət tədbirlərini açıqlayıb. Bununla dizel yanacağına verilən subsidiyaların ləğvi, həmçinin meşə və kənd təsərrüfatında istifadə olunan vasitələrinin güzəştli vergiyə cəlb edilməsi nəzərdə tutulurdu. Bu planların açıqlanmasından sonra alman fermerlər aksiyalarına başlayıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…