Almaniyada azərbaycanlılar saxlanıldı

Almaniyada azərbaycanlılar saxlanıldı
16.02.2023 14:00
Aa
dəq

Almaniya növbəti dəfə Azərbaycan respublikası vətəndaşlarının kütləvi deportasiyasını həyata keçirəcək.

"Operativ Məlumat Mərkəzi - OMM" -in əldə etdiyi məlumata görə, ölkənin Şimali Reyn Vestfaliya əyalətindən baş tutacaq deportasiya prosesində 40-a yaxın Azərbaycan vətəndaşının göndərilməsi nəzərdə tutulur.

Düsseldorf şəhər Polis Təşkilatından verilən məlumata görə, ötən gün həmin şəxslər Almaniyada saxlanılıb, Azərbaycana göndərilməsi üçün lazım olan prosedurlardan keçiriliblər. Ancaq bu zaman deportasiyadan yayınmaq istəyən iki azərbaycanlı yaşadıqları yataqxananı icazəsiz olaraq tərk edib.

Yataqxana rəhbərliyi polisə məlumat verib. Həmin şəxslər Koblenz şəhərinə gedən qatarda polis tərəfindən saxlanılaraq, yerli miqrasiya idarəsinə təhvil veriliblər. Onlar bir ailənin 42 və 25 yaşlı üzvləridir.

Məlumat üçün bildirək ki, ötən həftə Almaniya Federal Daxili İşlər Nazirliyi və Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə sığınacaq müraciəti qəbul edilməyən və haqqında deportasiya qərarı olan şəxslərin geri göndərilməsi prosesini sürətləndirmək haqqında qərar qəbul ediblər.

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu