Hansı ali təhsil müəssisisəsi müəllim hazırlaya bilmirsə, həmin müəssisədə bu ixtisasın tədrisi dayandırlacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.
"Hansısa ali təhsil müəssisələrinin məzunları bu gün bizim imtahanlarımızda minimum balı toplaya bilmirlərsə, həmin müəssisələrin rəhbərinə bu haqda suallar verilir. Bu, davamlı hal alarsa, həmin müəssisədə müəllimlik ixtisasının tədrisi dayandırılacaq".