Ali məktəblərə ərizə qəbulu bu gün yekunlaşır

Ali məktəblərə ərizə qəbulu bu gün yekunlaşır
15.03.2023 09:30
Aa
dəq

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır. 15 mart saat 09:00-a olan məlumata əsasən, 102206 abituriyent öz ərizəsini təsdiq edib.

Dövlət İmtahan Mərkəzindən  "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü il 15 mart saat 23:59-dək davam edəcək.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə verilmiş keçiddə sağ tərəfdə (“Tələbə qəbulu haqqında elan Ali TM”) tanış ola bilərsiniz.

Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış olmaq mümkündür.

Həftənin ən çox oxunanları

Bu ərazilərdə su KƏSİLƏCƏK

Bu ərazilərdə su KƏSİLƏCƏK
DAVAMIN OXU davamın oxu

Yol Polisi yol hərəkəti iştirakçılarına müraciət edib

Yol Polisi yol hərəkəti iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bu ilin yanvar-iyul ayları ərzində 1928 əkiz uşaq doğulub

Bu ilin yanvar-iyul ayları ərzində 1928 əkiz uşaq doğulub
DAVAMIN OXU davamın oxu

Azərbaycanda əhalinin sayı açıqlanıb

Azərbaycanda əhalinin sayı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Rusiya ilə aqrar məhsulların təchizatını artırmağı müzakirə edib

Azərbaycan Rusiya ilə aqrar məhsulların təchizatını artırmağı müzakirə edib
DAVAMIN OXU davamın oxu