Ali Məclisin növbədənkənar sessiyası başa çatıb

Ali Məclisin növbədənkənar sessiyası başa çatıb
16.08.2024 19:47
Aa
dəq

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihələrin daxil edildiyini bildirib.

Gündəlik təsdiq olunduqdan sonra Ali Məclisin sədr müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, qanun layihəsi 14 avqust 2024-cü il tarixdə birinci oxunuşda müzakirə edilib, söylənilmiş təklif nəzərə alınmaqla onun üzərində iş davam etdirilməklə birinci oxunuşda qəbul edilib. Layihənin birinci oxunuşunda verilmiş təklifə Ali Məclisin İqtisadi siyasət komitəsi tərəfindən baxılıb, müzakirənin nəticəsi olaraq layihənin yenilənmiş variantda sonrakı oxunuşlar üçün Ali Məclisin iclasına təqdim olunması qərara alınıb. Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev qanun layihəsinin müzakirəsi ilə əlaqədar məlumat verib, təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun səsə qoyularaq qəbul edilib.

Gündəlikdə duran növbəti məsələ - “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə ilə bağlı Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev məlumat verib, təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb, qanun səsə qoyularaq qəbul olunub.

Sonda Ali Məclis sədrinin müavini Anar İbrahimov iclas iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bildirib ki, Ali Məclisdə çalışmaq qürurvericidir. Çünki bu məclisdə Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın təməl daşlarını atıb.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işini başa çatdırıb.

Həftənin ən çox oxunanları

İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 21 il ötür

İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 21 il ötür
DAVAMIN OXU davamın oxu

Azərbaycanın bu şəhərinə yük avtomobillərinin girişi MƏHDUDLAŞDIRILDI

Azərbaycanın bu şəhərinə yük avtomobillərinin girişi MƏHDUDLAŞDIRILDI
DAVAMIN OXU davamın oxu

Prezident Danimarkanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident Danimarkanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu