İranda ABŞ və İsrail hücumları nəticəsində öldürülmüş Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic komandanı Qulamrza Süleymani və "Dena" hərbi gəmisinin heyət üzvlərinin dəfn mərasimi keçirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məlumatı "Tasnim" agentliyi yayıb.
Bildirilib ki, onlar Tehranda, Şəhrəkorddakı İnqilab meydanı və İmamzadəgan ziyarətgahının qarşısında dəfn olunacaq.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.
Bundan sonra İran; İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.