“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası” təsdiq edilib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Müsabiqə test imtahanından və söhbət mərhələsindən ibarətdir. Müsabiqəyə qanunla müəyyən edilmiş tələblərə cavab verən ali təhsilli şəxslər buraxılırlar.