Armen Qriqoryan Ermənistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
Onu bu postda Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan əvəzləyib.
Qeyd edək ki, Qriqoryan 2021-ci ilin avqustundan Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tuturdu.