Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Lukaşenko Putini təbrik etdi

2 dəq
Paylaş:
Lukaşenko Putini təbrik etdi

Prezidenti Aleksandr Rusiya Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putini və Rusiya vətəndaşlarını təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Belarus Prezidentinin məlumat yayıb.

Məlumata görə, Lukaşenko təbrik müraciətində Belarus və Rusiya xalqları arasında mövcud olan bağlara diqqət çəkib.

O bildirib ki, belaruslar və ruslar əsrlər boyu çiyin-çiyinə irəliləyib, çətinliklərin öhdəsindən birlikdə gəlib, əldə olunan uğur və qələbələrin xatirəsini nəsildən-nəslə ötürüblər.

Belarus lideri iki ölkə arasında formalaşmış uzunmüddətli dostluq münasibətlərini yüksək qiymətləndirib.

Lukaşenko Rusiyanı öz gücünə arxalanan qabaqcıl dövlət kimi xarakterizə edərək, ölkənin güclü iqtisadi və müdafiə potensialına malik olduğunu vurğulayıb.

O, həmçinin Rusiyanın qlobal dəyişikliklər fonunda ədalətli dünya nizamının təmin edilməsində mühüm rol oynadığını qeyd edib.

Belarus Prezidenti rus xalqına xoşbəxtlik, rifah və firavanlıq, Vladimir Putinə isə Vətənin inkişafı naminə yeni uğurlar arzulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax