Avropa İttifaqı (Aİ) Albaniyanın İttifaqa daxil olması ilə bağlı danışıqlara başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Lüksemburqda Albaniyanın baş naziri Edi Rama ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Xarici işlər naziri qeyd edib ki, Albaniya üzvlük danışıqları meyarlarına tam cavab verir və onun Aİ-yə qəbulu assosiasiyanın bütün üzvlərinin xeyrinə olacaq.
“Biz bütün Qərbi Balkan dövlətlərinin Avropa İttifaqına qoşulması prosesini sürətləndirməliyik”, - deyə Siyatro bildirib.
O, Macarıstanın 2024-cü ilin ikinci yarısında Avropa Şurasına sədrliyi dövründə bunu əsas vəzifələrdən biri hesab etdiyini təsdiqləyib.