Operativ Məlumat Mərkəzi

Aİ Venesueladakı seçkilərin nəticələri ilə bağlı açıqlama verib

1 dəq
Paylaş:
Aİ Venesueladakı seçkilərin nəticələri ilə bağlı açıqlama verib
bu sözləri Avropa diplomatiyasının rəhbəri Josep Borrel "X" sosial şəbəkəsindəki səhifəsində bildirib. “Venesuela xalqı öz ölkələrinin gələcəyi üçün dinc...

Venesuelada prezident Nikolas Maduronun qalib gəldiyi prezident seçkilərinin nəticələrinə hörmət edilməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Avropa diplomatiyasının rəhbəri Josep Borrel "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Venesuela xalqı öz ölkələrinin gələcəyi üçün dinc şəkildə və çoxlu sayda səs verdi. Onların iradəsinə hörmət edilməlidir”, - deyə qeyd edib.

Borrelin sözlərinə görə, Venesuelada seçki prosesinin şəffaflığının təmin edilməsi və seçkilər zamanı səslərin ətraflı hesablanması ölkə üçün “həyati” əhəmiyyət kəsb edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər