Əsas məzmuna keç

Aİ nümayəndəsi Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Livana səfər edəcək

Aİ nümayəndəsi Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Livana səfər edəcək

Avropa diplomatiyasının rəhbəri yerli liderlərlə Yaxın Şərqdəki münaqişəni müzakirə etmək üçün yanvarın 5-dən 7-dək Livanda səfərdə olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin məlumatında deyilir.

Qeyd olunub ki, səfər zamanı Borrell Livanın baş naziri vəzifəsini icra edən Nəcib Mikati, naziri vəzifəsini icra edən Abdulla Bu Həbib, Livan Silahlı Qüvvələrinin komandanı və başqaları ilə görüşəcək.

Bəyanatda deyilir ki, tərəflər İsrail və Livan sərhədindəki vəziyyəti də müzakirə edəcəklər.

Daha əvvəl Livan tərəfi İsrailin HƏMAS-ın Beyrutdakı qərargahına hücum zamanı 6 raket zərbəsi endirdiyini, nəticədə 6 nəfərin öldüyünü bildirmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…