"Aİ-nın mülki missiyası sanki Ermənistanın maraqlarına xidmət edir" - Politoloq

"Aİ-nın mülki missiyası sanki Ermənistanın maraqlarına xidmət edir" - Politoloq
16.08.2023 20:00
Aa
dəq

“Ermənistan və Azərbaycan sərhədində gərginlik müşahidə olunur və bütün bunların arxasında Ermənistan Respublikası və ona havadarlıq edən qüvvələr dayanır”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Avropa İttifaqının mülki missiyası sanki Ermənistanın maraqlarına xidmət edir.

“Son zamanlar Qarabağda çox ciddi proseslər gedir. Eyni zamanda, Ermənistan və Azərbaycan şərti sərhədində gərginlik müşahidə olunur və bütün bunların arxasında Ermənistan Respublikası və ona havadarlıq edən qüvvələr dayanır. Ermənistanın Azərbaycanla razılaşdırılmadan ərazimizə çoxlu tırlar cəlb etməsi, həmçinin korrupsiyaya bulaşmış bir sıra rəsmilərin açıqlamaları və bir neçə dövlətlərin bəyanatları ilə müşahidə olunur. Aİ-nin mülki missiyası sanki Ermənistanın maraqlarına xidmət edir. Bəzi konnuktur fəaliyyətlərlə məşğul olur və bir- birini təkzib edən açıqlamaları verilməsi də onu göstərir ki, bu institut qurumun regionda sülhə xidmət etmədiyini göstərir”.

İspaniya müvəqqəti vəkilinin qondarma quruma dəstək verməsinə də münasibət bildirən İlyas Hüseynov qeyd edib ki, onların paylaşdığı postu silməsi Azərbaycan diplomatiyasının vaxtında verdiyi reaksiya ilə bağlıdır.

"Həmçinin İspaniyanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Belə olması, zənnimcə Azərbaycan diplomatiyasının vaxtında verdiİyi reaksiya əlaqəlidir və belə paylaşımlar, belə fikirlər tamamilə yol verilməzdir. Azərbaycanın milli maraqlarının tapdalanması beynəlxalq hüququn fundamental norma və prinsiplərinə qarşı çıxılması Azərbaycanın qırmızı çizgiləridir".

İ.Hüseynov bildirib ki, Azərbaycan istər beynəlxalq təşkilatlara, istərsə də müxtəlif dövlətlərə öz reallıqlarını bəyan edəcək.

“Reallıq isə bundan ibarətdir ki, Azərbaycan heç də Qarabağ iqtisadi rayonunda olan ermənilərə qarşı blokada tətbiq etmir. Əksinə, Laçın sərhəd - buraxılış məntəqəsində açıq və şəffaf şəkildə sərnişinlər, yüklər və avtomobillər keçid edirlər. Beynəlxalq Qırmızı Xaç komitəsinin avtomobilləri də hər iki istiqamətə maneəsiz hərəkət edir. Eyni zamanda Azərbaycanın Ağdam-Xankəndi yolunu da təklif etmişdir. Bu yol Avropa İttifaqı və Beynəlxalq Qırmızı Xaç komitəsi tərəfindən təsdiqlənmişdir, legitim hesab olunmuşdur. Bu yol həm də Azərbaycanın daxili öz yuridiksiyası ilə, daxili qanunvericiliyi ilə tənzimlənəcəkdir. Bütün bunların fonunda məsələni hətta BMT Təhlükəsizlik Şurasına qədər qaldırmaq belə görünür ki, heç də Ermənistanın şəxsi təşəbbüsü deyil. Regionda öz varlığını sübut etməyə çalışan qüvvələr hazırki vəziyyətdə özləri üçün istifadə etməyə çalışırlar”.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu