Aİ-nin Ermənistandakı missyası daha çox təxribatlarla məşğuldur - MÜSAHİBƏ

Aİ-nin Ermənistandakı missyası daha çox təxribatlarla məşğuldur - MÜSAHİBƏ
16.08.2023 15:50
Aa
dəq

Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi avqustun 15-də Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi.

Avropa İttifaqının missiyası atəşə tutulmaları ilə bağlı xəbəri öncə təkzib etsə də, daha sonra xəbərin doğru olduğunu və atəşə tutulduqlarını bildirib. Avropa İttifaqı, Ermənistan və Qərb yenə siyasi şouya davam edirlər. Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Uğursuz missiya öz fəaliyyətini belə xəbərlər ilə gündəmdə saxlamağa çalışır.

Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, bu, Ermənistanın Azərbaycanla bağlı apardığı yalnış siyasətin konkret göstəricisidir.

Deputat bildirib ki, Ermənistanın bu addımınım bəzi dövlətlər tərəfindən dəstəklənməsi qəbuledilməzdir.

“Ümumiyətlə, Avropa İttifaqının Ermənistandakı missiyası bölgəyə sülhün gəlməsi əvəzinə, daha çox təxribatlarla məşğuldur. Son bəyanat və açıqlama bir daha onu göstərir ki, bu qurum öz missiyasını yerinə yetirmir. Onların missiyası bölgəyə sülhün gəlməsinə nail olmaqdır. Biz bunu onların fəaliyətində açıq şəkildə gürmürük və belə bir bəyanatın əvvəl yayımlanması sonra silinməsi də bir daha bu qurumun ordakı nümayəndəliyinin nə qədər riyakar və nə qədər öz missiyasından açıq aydın uzaq olduğunu göstərir. Necə olur ki, bir bəyanat yayılır, sonra silinir və yerinə başqa bir bəyanət yayılır. Bu həm də həmin insanların nə qədər qeyri-ciddi olduğunu və təxribatçı əməllərə yol verdiyini açıq aydın göstərir”.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu