Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın Ukraynaya yardımı durğunlaşsa da, Aİ-nin müntəzəm yardımı davam edib və 138 milyard avro təşkil edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kiyevə dəstək haqqında məlumatları izləyən Kieldə yerləşən Dünya İqtisadiyyatı İnstitutu (IfW) məlumat yayıb.
IfW-nin məlumatına görə, Avropa və ABŞ arasında Ukraynaya ayrılan yardımda uçurum getdikcə artır və təxminən 23 milyard avro təşkil edir.
"ABŞ yardımı Donald Tramp 2025-ci il yanvarın 20-də vəzifəyə gəldikdən sonra dayandırılıb. Bayden administrasiyası dövründə ABŞ yanvarın 9-da sonuncu paketi elan etdikdən sonra heç bir yeni hərbi, maliyyə və ya humanitar yardım göstərilməyib", - hesabatda deyilir.