Avropa İttifaqı (Aİ) rəhbərliyi Ukraynadakı müharibə zamanı Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyinə görə Çinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Qeyd edilib ki, bu, Brüsselin genişmiqyaslı işğaldan sonra ilk belə təşəbbüsüdür.
Silahlarda istifadə oluna biləcək avadanlıqların satışında ittiham olunan 7 Çin şirkəti bu həftə Aİ-yə üzv dövlətlərin müzakirə edəcəyi yeni sanksiyalar paketinə daxil edilib.
Bu şirkətlərdən bəziləri artıq ABŞ sanksiyalarına məruz qalıb.
Bundan əlavə, Brüssel Rusiyaya pilotsuz təyyarələrin istehsalı və tədarükü ilə məşğul olan bəzi İran şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edir. Avropa Komissiyası həmçinin Rusiyaya idxalı qadağan edilən malların siyahısını genişləndirməyi düşünür.