Avropa İttifaqı (Aİ) Şurası Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Aİ Şurasının məlumatında deyilir.
"Bu gün Şura Belarus iqtisadiyyatı ilə bağlı məhdudlaşdırıcı tədbirlər qəbul edib. Bu kompleks tədbirlər Rusiyaya qarşı artıq qüvvədə olan məhdudiyyətləri əks etdirir", - deyə Aİ qanunverici orqanının bəyanatında deyilir.
Vurğulanıb ki, Avropa İttifaqı Belarusdan mineral məhsulların, o cümlədən qızıl, almaz, helium, kömür və xam neft idxalını qadağan edib.
Qeyd olunub ki, Aİ Avropa şirkətlərini sanksiyalara məruz qalan malların təkrar ixracının qarşısını almağa məcbur edir.
Eyni zamanda, Aİ Belarusda fiziki və hüquqi şəxslərə mühasibatlıq xidmətlərinin, memarlıq və mühəndislik xidmətlərinin, İT konsaltinq xidmətlərinin, həmçinin reklam, bazar araşdırması və rəy sorğusu xidmətlərinin göstərilməsini qadağan etmək qərarına gəlib.
Avropa İttifaqı həmçinin Belarusda qeydiyyatdan keçmiş qoşqu və yarımqoşqularla Aİ-də avtomobil nəqliyyatı ilə yüklərin daşınmasını qadağan edib.