Aİ: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Tbilisidə görüşməsi vacibdir"

Aİ: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Tbilisidə görüşməsi vacibdir"
08.02.2023 13:49
Aa
dəq

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Baş nazir İrakli Qaribaşvili ilə görüşünün detallarını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu Toivo Klaar Gürcüstanın İctimai kanalına açıqlamasında İrakli Qaribaşvili ilə Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərini müzakirə etdiyini bildirib.

Klaar Aİ ilə Cənubi Qafqazın üç ölkəsi arasında əməkdaşlığın daha da artacağına ümidvar olduğunu qeyd edib. Əlavə edib ki, bölgədə sülhün əldə edilməsi üçün hər üç ölkənin birgə səy göstərməsi vacibdir.

"Cənubi Qafqazın üç ölkəsinin birlikdə işləməsi və sülhü təşviq etməsi çox vacibdir və burada Azərbaycan və Ermənistan arasında körpü rolu oynayan Gürcüstan çox önəmlidir. Baş nazir və mən bu məqsədlə atılmış addımları müzakirə etdik və mən ümid edirəm ki, gələcəkdə bu istiqamətdə Aİ ilə Gürcüstan, Aİ ilə Cənubi Qafqazın üç ölkəsi arasında daha çox əməkdaşlıq olacaq”, - deyə xüsusi nümayəndə bildirib.

Toivo Klaar Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin vacib olduğunu, Gürcüstanın hələ də müxtəlif formatlarda yüksək səviyyəli görüşlərə ev sahibliyi edə biləcəyini deyib. Əlavə edib ki, eyni məkanda yerləşən hər üç ölkə nəqliyyat, enerji, ətraf mühitin mühafizəsi kimi digər sahələrdə əməkdaşlıq etməyə çalışmalıdırlar.

“Mən bunun üçün həm indi, həm də gələcəkdə böyük potensial görürəm”, - Klaar bildirib.

Həftənin ən çox oxunanları

MDB PA Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb

MDB PA Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb
DAVAMIN OXU davamın oxu

Səfir: Aİ-nin dəstəyilə Azərbaycanda insanların həyatının xilas edilməsindən qürur duyuruq

Səfir: Aİ-nin dəstəyilə Azərbaycanda insanların həyatının xilas edilməsindən qürur duyuruq
DAVAMIN OXU davamın oxu

Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Qambiya diplomatik pasportlara malik şəxslərə vizasız gediş-gəliş tətbiq ediblər

Azərbaycanla Qambiya diplomatik pasportlara malik şəxslərə vizasız gediş-gəliş tətbiq ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Qırğızıstan arasında imzalanmış iki saziş təsdiqlənib, ikiqat vergitutma aradan qaldırılıb

Azərbaycan və Qırğızıstan arasında imzalanmış iki saziş təsdiqlənib, ikiqat vergitutma aradan qaldırılıb
DAVAMIN OXU davamın oxu