Əsas məzmuna keç

Ağstafada naməlum kişi meyiti aşkarlanıb

Ağstafada naməlum kişi meyiti aşkarlanıb

Ağstafa Rayon Şöbəsinə Kür çayının Ağstafa rayonun Poylu qəsəbəsi hissəsindəki adacıqda meyit olması ilə bağlı məlumat daxil olub.

DİN-in Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq aparıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, çay suyunun çəkilməsi nəticəsində naməlum kişi üzə çıxıb. Onun əlamətləri belədir: boyu 165 sm-dir, yaş 45-55, üzərində zorakılıq əlamətləri yoxdur, boğazında mənzil açarı var.

Naməlum şəxs barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, 022 225 25 52, 050 583 41 02 telefon nömrələrinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…