Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

AQTA Gəncədəki qida zəhərlənməsi ilə bağlı araşdırmaya başladı

2 dəq
Paylaş:
AQTA Gəncədəki qida zəhərlənməsi ilə bağlı araşdırmaya başladı

Gəncə şəhərində təşkil olunan yas mərasimində iştirak edən 6 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanalara çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırmalara başlayıb. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür.

Qeyd edək ki, 27 Tapdıq Həsənli, 75 yaşlı Leyla Hüseynova, 44 yaşlı Ramil Məmmədov və 52 yaşlı Ülviyyə Hacıyeva Gəncə Xəstəxanasının nəzdində fəaliyyət göstərən adına xəstəxananın Yoluxucu Xəstəliklər şöbəsinə yerləşdiriliblər.

Məlumata görə, zəhərlənən daha iki azyaşlı isə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb. Onların müalicəsi davam etdirilir.

Qeyd edək ki, bu, Gəncədə son 3 gün ərzində qeydə alınan ikinci kütləvi qida zəhərlənməsi hadisəsidir. 2 gün əvvəl də şəhərin Atatürk prospektində yerləşən ünvanlardan birində yas mərasimində iştirak edən 8 sakin qida zəhərlənməsi ilə xəstəxanaya müraciət etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax