Agentlik: "Sağlamlıq imkanı məhdud uşağın övladlığa götürülməsi zamanı 600 manat müavinət verilir"

Agentlik: "Sağlamlıq imkanı məhdud uşağın övladlığa götürülməsi zamanı 600 manat müavinət verilir"
16.01.2024 15:04
Aa
dəq

3 yaşdan 18 yaşa qədər uşaqların övladlığa götürülməsi ilə bağlı aylıq 200 manat müavinət nəzərdə tutulur. Sağlamlıq imkanı məhdud uşaqlar üçün isə bu məbləğ 600 manatdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin Qiymətləndirmə şöbəsinin müdiri Elnarə Cavadova “Sosial saat”da deyib.

Onun sözlərinə görə, bu məbləğ valideynlərə dəstək üçün nəzərdə tutulur.

“Övladlığa götürülən uşaq və onu övladlığa götürən şəxs arasında ən azı 18 yaş fərq olmalıdır. Himayədar ailələr tərəfindən himayə edilən uşaqlar övladlığa götürülən uşaqlardan fərqli olaraq bioloji ailəsi, hazırkı mühiti, öz ailə və qohumları ilə əlaqələrini saxlayırlar. Övladlığa götürmə ilə bağlı imtina cavabı olan valideynə təlim mərhələsi tətbiq edilir. Ailədə görünən problemlərin aradan qaldırılması ilə bağlı müzakirə aparılır. Övladlığa götürmə elektron qaydada idarə edildiyindən bütün məlumatlar orada əks olunur”, - E.Cavadova qeyd edib.

Şöbə müdiri onu da vurğulayıb ki, övladlığa götürmə üçün müraciət edən namizədlərə seçim imkanı verilir: “Valideyn namizədlərin şəxsi kabinetində uşaqlarla bağlı məlumatlar qeyd edilir. Valideynin istəyinə uyğun gələn uşaq və uşağın istəyinə uyğun valideynlər yoxlama aparan əməkdaşlar tərəfindən uyğunlaşdırılırlar”.

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu