Agentlik: Ötən ay 3,9 min şəxsə əlillik təyin edilib

Agentlik: Ötən ay 3,9 min şəxsə əlillik təyin edilib
12.02.2025 11:31
Aa
dəq

Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3,9 min şəxsə əlillik təyin edilib.

Agentliyin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" bildirilib ki, onlardan 1,7 mininə ilkin, 2,2 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Həftənin ən çox oxunanları