Əsas məzmuna keç

Ağdam-Xankəndi yolunda olan diplomatik korpus sülhməramlıların müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərinə baxıblar

Ağdam-Xankəndi yolunda olan diplomatik korpus sülhməramlıların müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərinə baxıblar

bu gün Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri Ağdama səfər edib. Onlar Ağdam-Xankəndi yolunda Azərbaycan...

Ağdam-Xankəndi yolunda olan diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı ərazilərinə baxıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" “Report”a istinadən xəbər verir ki, bu gün Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri Ağdama səfər edib. Onlar Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar.

50-dən artıq ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, o cümlədən Türkiyə, Çin, Rusiya, Yaponiya, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, , İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Tacikistan və digər ölkələrin, Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, TÜRKPA və s. beynəlxalq təşkilatların təmsilçiləri, habelə xarici jurnalistlər əraziyə baxış keçiriblər.

Onlara Azərbaycan Prezidentinin köməkçisi, Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri tərəfindən ətraflı məlumat verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…