Operativ Məlumat Mərkəzi

Ağdam-Füzuli yolunda ağır qəza, 20 nəfər xəsarət aldı

1 dəq
Paylaş:
Ağdam-Füzuli yolunda ağır qəza, 20 nəfər xəsarət aldı
Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat...

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər