Operativ Məlumat Mərkəzi

Ağcabədidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var

1 dəq
Paylaş:
Ağcabədidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə Ağcabədi şəhərində minik avtomobilinin dərəyə aşması ilə əlaqədar xilasedici köməyinə ehtiyac...

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə Ağcabədi şəhərində minik avtomobilinin dərəyə aşması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər