Operativ Məlumat Mərkəzi

AFFA “Zirə”yə xəbərdarlıq edib

1 dəq
Paylaş:
AFFA “Zirə”yə xəbərdarlıq edib
buna səbəb “Zirə” azarkeşlərinin 89-cu dəqiqədə hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi olub. Bu hal cari mövsümdə ilk dəfə...

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXIV turunda baş tutan “Zirə” - “Qarabağ” matçında yaşananlara görə meydan sahiblərinə xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb “Zirə” azarkeşlərinin 89-cu dəqiqədə hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi olub.

Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA xəbərdarlıqla kifayətlənib.

Sözügedən matçda 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” 700 manat cərimələnib.

XXXIV turun “Neftçi” – “Kəpəz” oyununda Şakir Seyidov 75-ci dəqiqədə ciddi qayda pozuntusuna yol verdiyinə və bu səbəbdən qırmızı vərəqə ilə meydandan qovulduğuna görə Gəncə klubu 1500 manat cərimələnib. Futbolçu isə iki oyunluq diskvalifikasiya edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər