Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

AFFA “Turan Tovuz”un Konfrans Liqasındakı taleyi ilə bağlı açıqlama verdi

2 dəq
Paylaş:
AFFA “Turan Tovuz”un Konfrans Liqasındakı taleyi ilə bağlı açıqlama verdi

UEFA-nın "Turan "u Liqasında iştirak hüququndan məhrum etməsi ilə balı qərarına aid daha bir açıqlama yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, CAS tərəfindən yekun qəbul edilənə qədər klubun avrokuboklarda nəzərdə tutulan yerinin qorunub saxlanılacağı bildirilib:

“Turan Tovuz” klubunun UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququndan məhrum edilməsi barədə qərardan İdman Məhkəməsinə (CAS) müraciət etmək hüququ var.

CAS tərəfindən yekun qərar qəbul edilənə qədər idman prinsipləri əsasında ölkə çempionatında 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanmış “Turan Tovuz” klubunun avrokuboklarda nəzərdə tutulan yeri qorunub saxlanılacaq. Yalnız CAS-ın verəcəyi qərardan sonra növbəti addımlar müəyyən ediləcək".

Qeyd edək ki, CAS "Turan Tovuz"un xeyrinə qərar verməsə, klubun əvəzinə "Zirə" Konfrans Liqasının 2026-2027 mövsümündə Azərbaycanı təmsil edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax