ADY fermerlərə mal-qara ilə bağlı tövsiyə edib

ADY fermerlərə mal-qara ilə bağlı tövsiyə edib
24.07.2024 12:19
Aa
dəq

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmiləri fermerlərə mal-qaranın dəmir yolundan keçirərkən heyvanlar üçün ayrılmış xüsusi keçidlərdən istifadə etmələrini tövsiyə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" ADY-yə istinadən xəbər verir ki, qurum "Təhlükəsizlik həftəsi"ndə Hacı Zeynalabdin qəsəbəsində dəmir yolu yaxınlığında fəaliyyət göstərən fermerlərlə görüş keçirib.

Bildirilib ki, fermerlərə mal-qaranın dəmir yolundan keçirərkən heyvanlar üçün ayrılmış xüsusi keçidlərdən istifadə etmələri, qatarların intensiv qrafiki nəzərə alınmaqla onları dəmiryol ərazisinə nəzarətsiz buraxmamaları tövsiyə edilib.

Qeyd edilib ki, bu ilin 6 ayı ərzində qatarlar nəzarətsiz buraxılmış mal-qara ilə 19 dəfə toqquşub: "Bu hadisələr zamanı qatarlar ciddi zərər görür, nəzarətsiz buraxılan mal-qaranın sahibi isə qanunvericiliyə uyğun olaraq cərimələnir. Həmçinin hadisə nəticəsində heyvanlar tələf olur, maşinistin təcili tormozlaması nəticəsində sərnişinlər və qatar heyətinin həyatı təhlükə altına düşür, qatarların hərəkət qrafikində gecikmələr yaşanır".

Həftənin ən çox oxunanları