Əsas məzmuna keç

ADY, eləcə də onun qurumları lisenziya və icazə tələbindən azad olunur

ADY, eləcə də onun qurumları lisenziya və icazə tələbindən azad olunur

bu, "Nəqliyyat haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və...

Dəmir Yolları” QSC (ADY) və onun strukturuna daxil olan qurumlar öz istiqamətləri üzrə işlərin görülməsi üçün lisenziya və icazələrin alınması tələbindən ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, " haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə, öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edir. Belə ki, analoji qayda Ticarət Gəmiçiliyi Məcəlləsi, “Avtomobil yolları haqqında” və “Kosmik fəaliyyət haqqında” qanunlarla müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") də tətbiq edilib.

Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…