Abşeronda spirtlə dolu çənlərin saxlanıldığı obyekt aşkarlanıb

Abşeronda spirtlə dolu çənlərin saxlanıldığı obyekt aşkarlanıb
18.03.2023 12:16
Aa
dəq

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsində sakinlərin müraciəti əsasında vətəndaş Rəcəbov Tofiq Zəbulla oğluna məxsus spirt məhlulu ilə dolu çənlərin saxlanıldığı obyektdə növbədənkənar yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki;

- obyekt ilkin yanğınsöndürmə vasitələri və ildırımötürücü ilə təmin olunmayıb;

- ərazidə quraşdırılan çənlər yanğına qarşı xüsusi izolyasiyaedici materialla təmin edilməyib;

- çənlər fərdi yaşayış evləri ilə ara məsafəsi gözlənilmədən quraşdırılıb;

- ərazi yanar tullantılardan (yağ tullantıları, taxta qırıntıları, quru alaq otları) təmizlənməyib və s.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsində yerləşən spirt məhlulu ilə dolu çənlərin saxlanıldığı obyektin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Həmçinin, obyektin sahibinə qısa müddətdə ərazinin təmizlənməsi barədə göstəriş verilib və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.

Həftənin ən çox oxunanları

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur
DAVAMIN OXU davamın oxu

İlqar Mustafayev həbs edildi

İlqar Mustafayev həbs edildi
DAVAMIN OXU davamın oxu

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı
DAVAMIN OXU davamın oxu

Bu məntəqələrin nəticələri ləğv olundu

Bu məntəqələrin nəticələri ləğv olundu
DAVAMIN OXU davamın oxu

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü
DAVAMIN OXU davamın oxu