Operativ Məlumat Mərkəzi

ABŞ Zelenskidən daha aydın müharibə planı tələb etməyi planlaşdırır

2 dəq
Paylaş:
ABŞ Zelenskidən daha aydın müharibə planı tələb etməyi planlaşdırır

ABŞ Ukraynanın üçüncü ilinə qədəm qoyduğu üçün Rusiyaya qarşı hərbi əməliyyat planını kəskinləşdirməsini istəyir və Vaşinqton rəsmilərinin Davosda keçirilən beynəlxalq iqtisadi forumda Vladimir Zelenski ilə məsələni qaldıracağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bloombeg yazıb.

Agentliyin mənbələrinə görə, ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan-ın Ukrayna prezidenti ilə məsələni müzakirə edəcəyi və digər rəsmilərin qarşıdakı həftələrdə müharibə strategiyasının hazırlanması üçün təzyiqləri davam etdirəcəyi gözlənilir.

“Vaşinqtonun səyləri Ukrayna ilə onun ən mühüm müttəfiqi arasında fikir ayrılığının son əlamətidir. Avropa və ABŞ-ın Kiyevə ayırdığı 110 milyard dollardan çox yardım hələ də ləngiyir və Ukraynanın keçən il ABŞ və Avropa silahları, təlimləri ilə ciddi şəkildə dəstəklənən əks-hücum əməliyyatı böyük irəliləyiş yarada bilməyib.

Mətndə həmçinin bildirilir ki, ABŞ Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında Rusiyaya qarşı mübarizədə strategiyanın inkişafını ləngidən fikir ayrılıqlarının artmasından narahatdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər