Operativ Məlumat Mərkəzi

ABŞ Yəməndə husilərə məxsus gəmi əleyhinə ballistik raketi hədəfə aldığını bildirib

1 dəq
Paylaş:
ABŞ Yəməndə husilərə məxsus gəmi əleyhinə ballistik raketi hədəfə aldığını bildirib
bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Husilərin nəzarətində olan bölgələrdən atılan gəmi əleyhinə ballistik raketlə bağlı sosial media hesabından...

ABŞ Yəməndə İranın dəstəklədiyi husilərin nəzarətində olan ərazilərdən atılan gəmi əleyhinə ballistik raketi və 4 pilotsuz uçuş aparatını (PUA) vurduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Husilərin nəzarətində olan bölgələrdən atılan gəmi əleyhinə ballistik raketlə bağlı sosial media hesabından açıqlama verib.

Açıqlamada gəmi əleyhinə ballistik raketin vurulduğu, 4 PUA-nın da hədəfə alındığı bildirilib.

Açıqlamada bu fəaliyyətlərin naviqasiya azadlığının qorunması, beynəlxalq suların ABŞ, koalisiya və ticarət gəmiləri üçün daha təhlükəsiz olması üçün həyata keçirildiyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər