Əsas məzmuna keç

ABŞ və İran qüvvələri arasında şiddətli döyüşlər gedir

ABŞ və İran qüvvələri arasında şiddətli döyüşlər gedir

rejimi və İran milislərinin birlikdə ABŞ bazalarına hücumları olunur.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Məlumatda İran milislərinin hücumları və Suriya rejiminin artilleriya zərbələrinə paralel olaraq dronlar vasitəsilə də hücumların həyata keçirildiyi bildirilir. Əsas Suriyanın Deyr əz-Zor şəhəri yaxınlığındakı "Ömər" neft yatağı ətrafında ABŞ qüvvələri və İran milisləri arasında gedir.

ABŞ nəzarətində olan "Koniko" qaz yatağına ən az 20 raket atılıb. Qətərdəki Əl-Udeyd aviabazasındakı ABŞ F-15-ləri Suriyanın şərqində Qüds qüvvələrinin mövqelərinə güclü zərbələr endirir. Eyni zamanda "Apaçi" helikopterləri də Deyr əz-Zor şəhəri istiqamətində rejim qüvvələrinə və İran milislərinə güclü zərbələr vurur. Rejim qüvvələri Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun mövqelərini də atəşə tutur.

Suriyada ABŞ qüvvələrinə qarşı ən böyük əməliyyatlardan biri icra olunduğu haqqında məlumatlar var. Fərat çayının şərqində yerləşən ABŞ ordusuna məxsus əksər hərbi bazalarə hücum təşkil edilir.

İraqdakı Eyn əl-Əsəd və digər ABŞ hərbi bazalarındakı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…