Çinin J-11 döyüş təyyarəsinin Cənubi Çin dənizində ABŞ-nin B-52 bombardmançı təyyarəsinin təxminən 3 metrliyindən keçərək toqquşma riski yaradıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun Hind-Sakit Okean Komandanlığı (PACOM) məlumat yayıb.
Oktyabrın 24-də baş verən insidentlə bağlı PACOM dünən verdiyi açıqlamada, “Çinli J-11 pilotu Cənubi Çin üzərində beynəlxalq hava məkanında qanuni olaraq rutin əməliyyatlar həyata keçirən ABŞ Hərbi Hava Qüvvələrinə aid B-52 təyyarəsinə etibarsız şəkildə yaxınlaşıb",-deyə qeyd olunub.