Əsas məzmuna keç

ABŞ senatorları Macarıstanı İsveçin NATO-ya daxil olmasını təsdiqləməyə çağırırlar

ABŞ senatorları Macarıstanı İsveçin NATO-ya daxil olmasını təsdiqləməyə çağırırlar

bu barədə xarici KİV məlumat yayıb. Belə ki, ABŞ senatoru NATO Müşahidəçilər Qrupunun həmsədrləri demokrat senator Jeanne Shaheen və respublikaçı senator...

senatorları Macarıstanı İsveçin NATO-ya qəbul protokolunu “dərhal” ratifikasiya etməyə çağırıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, ABŞ senatoru Müşahidəçilər Qrupunun həmsədrləri demokrat Jeanne Shaheen və respublikaçı senator Tom Tillis İsveçin NATO-ya qəbul protokolu ilə bağlı birgə bəyanatla çıxış ediblər.

Senatorlar birgə bəyanatlarında qeyd ediblər ki, İsveç həm bugünkü çağırışların, həm də sabahın təhlükələrinin öhdəsindən gəlmək üçün NATO-ya unikal imkanlar qazandıracaq.

Viktor Orbanı İsveçin NATO-ya üzvlük protokolunu dərhal təsdiqləməyə çağıran senatorlar, "Əvvəlki çoxsaylı ictimai öhdəliklərinə baxmayaraq, Macarıstan İsveçin təklifini təsdiqləməyən sonuncu NATO üzvüdür və həm vaxt, həm də səbr tükənir",- deyə qeyd ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…