ABŞ Administrasiyası Rusiyanın nüvə silahından istifadə edə biləcəyindən qorxmur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan ekspertlərlə qapalı görüşdə bildirib.
Sallivanın sözlərinə görə, hazırda Rusiyanın Ukraynaya və ya Qərb müttəfiqlərinə qarşı nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir məlumat yoxdur.
Sallivan görüşdə onu da bildirib ki, hələlik gündəmdə Moskva ilə danışıqlar aparılmır.