Əsas məzmuna keç

ABŞ Müdafiə Nazirliyinin nümayəndələri İrəvanda səfərdədir

ABŞ Müdafiə Nazirliyinin nümayəndələri İrəvanda səfərdədir

bu barədə məlumatı ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, Pentaqonun nümayəndələrinin səfəri çərçivəsində...

ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndələri - general-mayor Kit Filips və Prayori İrəvanda səfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Pentaqonun nümayəndələrinin səfəri çərçivəsində Ermənistan-ABŞ münasibətlərinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin perspektivləri müzakirə ediləcək.

Həmçinin ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndələrinin Ermənistanın rəsmi şəxsləri və Silahlı Qüvvələrin əməkdaşları ilə görüşləri planlaşdırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…