ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 300 milyon dollar yardımı təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, əvvəlcə Konqres belə yardımı Pentaqonun büdcə layihəsindən çıxarıb və onun ayrıca qanun layihəsi kimi həyata keçirilməsinə qərar verib, digər hallarda isə büdcəni qəbul etməkdən imtina ediblər.
Nəticədə Konqres Ukraynaya hərbi yardımın azaldılmasına dair düzəlişləri dəstəkləməyib və Ukrayna ilə bağlı ayrıca qanun layihəsi 311 səslə dəstəklənərək qəbul edilib.