ABŞ Suriyaya 920 milyon dollar humanitar yardım edəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Açıqlamada yardımın bu gün başa çatan 7-ci Brüssel Konfransı çərçivəsində edildiyi, ABŞ-nin bu il Suriya və bölgəyə etdiyi yardımın 1,1 milyard dollara çatdığı bildirilib.
Qeyd olunub ki, ABŞ Suriyada vətəndaş müharibəsi başlayandan təxminən 16,9 milyard dollar yardım edib.