Amerika Birləşmiş Ştatlarının Apellyasiya Məhkəməsinin Minnesota ştatında silah saxlama və gəzdirmə qanunları ilə bağlı qərarı açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə Minnesota ştatında 18-20 yaşlı gənclərin ictimai yerlərdə silah gəzdirməsinə mane olan qanunların konstitusiyaya zidd olduğuna qərar verib.
Dövlət rəsmiləri konstitusiyaya edilən ikinci dəyişiklikdə silah hüququnun 18-20 yaşlıları əhatə etmədiyini və dövlətlərin “təhlükəli və məsuliyyətsiz qrupların silahlandırılmasını tənzimləmək səlahiyyətinə malik olduğunu” müdafiə edib.
Apellyasiya məhkəməsi ikinci dəyişiklikdə yaş məhdudiyyətinin olmadığını və bu yaş qrupunda olan insanların hüquqlarının qorunmalı olduğunu bildirib.