ABŞ Rusiya, Çin, Pakistan, Koreya Respublikası və Türkiyə vətəndaşları da daxil olmaqla 23 nəfərə Rusiya ilə bağlı sanksiya tətbiq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı ABŞ Xarici Qurumlara Nəzarət Ofisinin yaydığı məlumatda bildirilib.
Rusiya vətəndaşları İqor Afanasyev, Boris Bernikov, Ruslan Bulatov, Aleksandr Çerkovski, Sergey Dokuçayev, Vladimir Quqnin, Zarax İliyev, Andrey Kazazayev, Darya Xorkina, Roman Kotekin, Vladimir Krılov, Aleksandr Pan, Aleksandr Potapov, Vladislav Şupranov, Vladiblova qarşı sanksiyalar tətbiq edilib.
Bundan əlavə, siyahıya 2 Pakistan, 1 Çin, 1 Koreya Respublikası və 1 Türkiyə vətəndaşı da əlavə edilib.
Sanksiyalar bundan ibarətdir ki, qara siyahıya alınmış şəxslərin Birləşmiş Ştatlarda yerləşən və ya ABŞ şəxslərinin sahib olduğu və ya nəzarət etdiyi bütün əmlak və maraqları bloklanır.