A.Qriqoryanın səfəri Azərbaycanın acığına təşkil edilib - Siyasi şərhçi Xəyal Bəşirov

A.Qriqoryanın səfəri Azərbaycanın acığına təşkil edilib - Siyasi şərhçi Xəyal Bəşirov
12.04.2023 12:18
Aa
dəq

Ermənistan Dövlət  Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfər edib. 

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov bildirib. 

"Son zamanlar İran və Ermənistan arasında  rəsmilər səviyyəsində səfərlərin trafiki ondan xəbər verir ki, İran və Ermənistan sanki Azərbaycan dövlətinin və Azərbaycanın acığına bu səfərləri təşkil edirlər. Bu səfərləri intensiv şəkildə həyata keçirirlər. Əslində bu gün İranla Ermənistan arasında  hansısa təhlükəsizlik məsələsini müzakirə edilməsi ilə bağlı hansısa ciddi mövzu yoxdur. Eyni zamanda, bu gün Ermənistan regionda təhlükəsizliyə təhdid olan bir dövlətdir. Təkcə bu gün deyil, 30 ilə yaxın müddət ərzində regionda elə təhlükəsizliyə ən böyük təhlükə, təhdid, o cümlədən də, regionda narahatçılığın və gərginliyin artırılmasında maraqlı olan aktiv rol oynayan Ermənistan olub.

Ermənistan kimi bir dövlətlə bu gün təhlükəsizlik məsələlərini müzakirə edilməsi və bu istiqamətdə hansısa bir uğurun əldə edilməsi niyyətinin ortaya qoyulması qeyri-səmimi, qeyri-ciddi görsənir. Təbii ki, məhz onu qeyd edirəm ki, sanki Azərbaycana görə görüntü yaratmaq, Azərbaycan tərəfini narahat etmək üçün bu səfər təşkil edilib. Bu məsələdə təbii ki, narahatçılığımız yoxdur. İranın bu addımları ümumiyyətlə uzun müddətdir ki, Azərbaycan üçün  mövzunun Ermənistan deyil, İrana çevirilməsi ilə bağlı İranın atdığı addımlar əslində cəmiyyət olaraq bizi narahat edir. Çünki biz həm dövlət olaraq, həm də cəmiyyət olaraq İran ilə münasibətlərimizdə həmişə səmimi olmuşuq. İrana dostluq, qonşuluq münasibətləri sərgiləmişik, çünki istəsək də, istəməsək də biz də İranla eyni coğrafiyanı bölüşürük.

Bizim tarixi ənənələrimiz, dinimiz, o cümlədən mədəniyyətimiz bir kökə bağlanır. Hər bir halda bu amilləri təkcə biz nəzərə almamalıyıq. Əgər İran tərəfi bu amilləri nəzərə almırsa, Azərbaycana münasibətdə ədalətsiz mövqe tutursa, Azərbaycana qarşı bu cür addımlar atırsa, məsələn Ermənistanı özünün qırmızı xətti hesab etmək və Ermənistanla yaxınlıq nümayiş etdirmək, münasibətləri getdikcə inkişaf etdirmək bunun fonunda Azərbaycana qarşı addımlar atmaq Azərbaycanın səfirliyinə qarşı terror cinayətinin təşkil edilməsini və yaxud onun təşkil edilməsinə şərait yaradılmasını həyata keçirmək, eyni zamanda Azərbaycanın daxilində casus şəbəkələrini formalaşdırmaq, Azərbaycanın sərhədləri boyunca təlimlər keçirmək, bir sıra digər amillər var ki, Azərbaycan dövlətini, xalqını, cəmiyyətini narahat edir. İran əgər bu məsələlərdə israrlıdırsa təbii ki, Azərbaycan da istənilən dövlətə qarşı, o cümlədən, İrana qarşı özünü prinsipial və qətiyyətli mövqeyini  qoymaq imkanları, iradəsi var. Çünki biz bütün bu kimi məqamlarla bağlı müstəqil siyasət yürütdüyümüzü dəfələrlə sübuta yetirmişik.

Bu gün Ermənistanın baş nazirinə, xarici işlər nazirinə, Dövlət Təhlükəsizilik şurası katibinə, Ermənistanın digər rəsmilərinə qucaq açan İran tərəfi unutmamalıdır ki, həmin şəxslər və onların tərəfləri, onların ətrafında mövcud olan digər şəxslər və bu gün onların müdafiəsi altında olan şəxslər islam dininə, müsəlman dünyasına aid olan müqəddəs yerlərimizi təhqir ediblər və onları yerlə-yeksan ediblər. Tarixi-mədəni abidələrimizi təhqir ediblər, dağıdıblar,  məscidlərimizdə donuz saxlayıblar və təkcə Azərbaycan xalqına, İslam dünyasına qarşı vəhşiliklər törədiblər. Əgər bu vəhşilikləri törədən şəxsləri, himayədarlarını, müdafiəçilərini, onların təhrik olunduğu dövlətin rəsmlərini İran tərəfi bu şəkildə sevgi ilə qəbul edirsə bu artıq İranın İslam ənənələrinə, İslama, İslam dünyasına xəyanət etməsindən xəbər verir. Əgər İran bunu qəbul edirsə, bu onların daxili məsələsidir.
Hər bir halda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirmək İranın haqqı deyil. Bu addımları atan tərəf İran öz addımlarına haqq qazandırırsa bu İranın nə haqqıdır, nə də eyni zamanda İran bu məsələdə qeyri-səmimi mövqe ortaya qoyur. Çünki biz daim regionda sabitliyin, təhlükəsizliyin tərəfdarı olmuşuq. Məhz bu siyasətin nəticəsi idi ki, İrana qarşı bütün dünya səviyyəsində siyasi, iqtisadi sanksiyaların tətbiq edildiyi dönəmdə Azərbaycan bu sanksiyalara qoşulmayıb.

Əksinə İran üçün bu sanksiyaların fonunda nəfəslik rolunu oynamağa çalışıb. Biz qonşuluğumuza hörmətlə yanaşmışıq, amma bu gün baş verənlər, İranın atdığı addımlar ondan xəbər verir ki, bizim bu addımları atdığımız dönəmdə İran əslində Azərbaycanın daxilinə gələcəkdə qarışdırmaq niyyətini ortaya qoymağa çalışan casus şəbəkəsi formalaşdırıb. Müxtəlif yollarla Azərbaycan vətəndaşlarını yoldan çıxarmağa, onları Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərməyə sövq edən bir proses reallaşdırıb. Hesab edirəm ki, Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın İrana hazırkı məqamda səfər etməsinin əsas səbəblərindən birinin Azərbaycanın daxilindəki İran casus şəbəkəsinin ifşa edilməsi olduğun düşünürəm. İranın bundan başqa Ermənistanla müzakirə edəcəyi ciddi təhlükəsizlik mövzusu yoxdur".

Aliyə Yahyayeva 

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu