Seuta sərhədində miqrant böhranı: ölənlərin sayı 88-ə çatıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Fasdan İspaniyaya keçməyə cəhd edən qeyri-leqal miqrantlar arasında ölənlərin sayı 88 nəfərə çatıb.
İspaniya mətbuatının məlumatına görə, hadisə son dövrlərdə Aralıq dənizi marşrutunda qeydə alınan ən ağır insan tələfatı ilə nəticələnən miqrasiya hadisələrindən biri hesab olunur.
Məlumata əsasən, iyulun 30-dan etibarən İspaniyanın "Ceuta" şəhərinə daxil olan miqrantların vəziyyətinə nəzarət etmək üçün əlavə tədbirlər görülür. Şəhər ərazisində aparılan yoxlamaların əsas məqsədi qeyri-leqal yollarla daxil olan şəxslərin müəyyən edilməsi və onların geri qaytarılması prosesinin həyata keçirilməsidir.
Qeyd olunur ki, miqrasiya böhranı Avropa İttifaqı daxilində də yeni müzakirələrə səbəb olub. Məlumata görə, İtaliya hökuməti yaranmış vəziyyət fonunda İspaniya ilə "AB Schengen" (Şengen) vizasız gediş-gəliş sisteminin müvəqqəti dayandırılması qərarını nəzərdən keçirib.