Operativ Məlumat Mərkəzi

36 yaşlı qadının attraksiondan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb

1 dəq
Paylaş:
36 yaşlı qadının attraksiondan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb
bu barədə Baş Prokurorluqdan məlumat verilib. Hazırda ibtidai istintaq tədbirləri davam edir.

İyunun 8-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Hazırda ibtidai istintaq tədbirləri davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər