Operativ Məlumat Mərkəzi

30 gündən artıq qalanlardan barmaq izi götürüləcək

1 dəq
Paylaş:
30 gündən artıq qalanlardan barmaq izi götürüləcək
bununla bağlı xarici KİV məlumat yayıb. Yeni təcrübə aprelin 11-də qüvvəyə minəcək və artıq mövcud olan, lakin kanadalılara davamlı olaraq tətbiq...

ABŞ immiqrasiya qaydalarının sərtləşdirilməsi çərçivəsində ölkədə 30 gündən çox qalan kanadalı ziyarətçilərin səlahiyyətli orqanlarda qeydiyyatdan keçmələrini və barmaq izlərini təqdim etmələrini məcburi edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Yeni təcrübə aprelin 11-də qüvvəyə minəcək və artıq mövcud olan, lakin kanadalılara davamlı olaraq tətbiq edilməyən qanunun daha sərt icrasını təmin edəcək.

Mövcud qanun 14 və daha yuxarı yaşda olan əcnəbi vətəndaşların ABŞ-də 30 gündən çox qaldıqları təqdirdə səlahiyyətli orqanlarda qeydiyyatdan keçmələrini tələb edir.

Bu qaydalara əməl edilmədikdə, müxtəlif sanksiyalar, o cümlədən cərimələr, cinayət təqibi və həbs cəzası tətbiq oluna bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər