Operativ Məlumat Mərkəzi

227 saat sonra 74 yaşlı qadın dağıntılar altından çıxardıldı

1 dəq
Paylaş:
227 saat sonra 74 yaşlı qadın dağıntılar altından çıxardıldı

Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən 227 saat sonra dağıntılar altından 74 yaşlı qadın xilas edilib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər