22 il əvvəl törədilmiş quldurluq cinayəti açılıb

22 il əvvəl  törədilmiş quldurluq cinayəti açılıb
08.03.2023 10:38
Aa
dəq

22 il əvvəl Masallıda törədilmiş quldurluq cinayəti açılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi - OMM"-ə bildirilib ki, 2001-ci ilin fevral ayının 16-da saat 21 radələrində Masallı rayonunun Yeyenkənd kəndində yaşayan Gülhüseyn Nəcəfovun evinə girmiş 3 nəfər maskalı şəxs onu avtomat və lüləsi kəsilmiş tüfənglə hədələyib 500 ABŞ dolları, rubl (məbləği müəyyənləşdirilir) pul, qızıl üzük və mobil telefonunu alaraq hadisə yerini tərk ediblər.

Faktla bağlı elə həmin vaxt CM-nin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanıb.

Qeyd olunan cinayətin törədilməsilə əlaqədar bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı RPŞ əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə cinayəti törədənlərin şəxsiyyəti müəyyən edilib.

Belə ki, Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 1964-cü il təvəllüdlü Cəlal Qəhrəmanov tutulmuş, cinayəti törətməkdə şübhəli bilinən digər iki nəfərin - 1967-ci il təvəllüdlü Cümşüd Nəzərovun və 1969-cu il təvəllüdlü Elşən Abbasovun vəfat etmələri məlum olub.

Tutulmuş C.Qəhrəmanov 22 il əvvəl birgə törətdikləri quldurluq cinayətini etiraf edib

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu